Soyuq havada bədəniniz bunlara reaksiya verirsə, diqqətli olun

"Soyuğa qarşı allergiya əksər hallarda səbəbsiz ortaya çıxmır".

Rusiyalı həkim Aleksandr Umnov yerli mediaya açıqlamasında bu mövzuya aydınlıq gətirib. Onun sözlərinə görə, soyuğa qarşı yaranan allergik reaksiyalar bir çox hallarda xroniki yuxarı tənəffüs yolları və mədə-bağırsaq sistemi xəstəlikləri, qan dövranının pozulması, psoriaz və neyrodermit kimi problemlərlə əlaqəli olur. Həmçinin immunostimulyator preparatların həkim nəzarəti olmadan qəbulu da bu vəziyyətə səbəb ola bilər.

Mütəxəssis qeyd edib ki, yaxın qohumlarında bronxial astma olan şəxslər, eləcə də uzun müddət soyuq şəraitdə çalışan insanlar risk qrupuna daxildir.

Soyuq allergiyasının əlamətləri əsasən bədənin açıq hissələrində - üz, qulaq və əllərdə özünü büruzə verir. Bu zaman dəridə qızartı, şişkinlik və qaşınma yaranır. Davamlı qaşınma dərinin qabıqlanmasına və iltihaba səbəb olaraq vəziyyəti daha da ağırlaşdıra bilər. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31