Zelenski Trampın “Sülh Şurası” ilə bağlı dəvəti açıqladı: Ukraynanın mövqeyi sərtdir
17:24 DünyaUkrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan "Sülh Şurası"na Ukraynanın dəvət aldığını təsdiqləyib.
Milli.Az-ın məlumatına görə, Zelenski "UNİAN"ın sualını cavablandırarkən dəvətin həqiqətən mövcud olduğunu bildirib və hazırda bu məsələ üzərində Ukrayna diplomatlarının işlədiyini qeyd edib.
Ukrayna lideri vurğulayıb ki, ölkəsinin Rusiya və Belarusla eyni platformada təmsil olunması onun üçün qəbuledilməzdir. Zelenskinin sözlərinə görə, Rusiya Ukraynanın birbaşa düşmənidir, Belarus isə Moskvanın müttəfiqi kimi çıxış edir.
"Rusiya ilə hər hansı şurada birgə iştirak etməyimizi təsəvvür etmək mənim üçün olduqca çətindir. Bu, təkcə sözügedən sülh təşəbbüsünə aid deyil. Rusiya əslində sülh yox, müharibə aparan tərəfdir. Belarus da, xüsusilə Lukaşenko rejimi, bu siyasətdə onların yanındadır", - deyə Zelenski bildirib.