Fransadan Azərbaycanın dörd ermənini İrəvana təhvil verməsinə REAKSİYA
21:08 DünyaAzərbaycan hakimiyyəti tərəfindən dörd erməniəsilli şəxsin Ermənistana təhvil verilməsini alqışlayırıq.
Globalinfo.az xəbər verir ki, bu barədə Fransa Xarici İşlər Nazirliyi bəyanat yayıb.
Bildirilib ki, 2026-cı il yanvarın 14-də baş tutan bu təhvil-təslim 2025-ci il avqustun 8-də Vaşinqtonda keçirilən sammitdə Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılması istiqamətində formalaşan dinamikanın konkret nəticəsidir.
"Sülh Müqaviləsinin imzalanması və ratifikasiyası bu prosesi tamamlamağa imkan verəcək", - bəyanatda vurğulanıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31