Milyarderlərin sərvəti ötən il tarixi maksimuma çatdı
20:09 Dünya2025-ci ildə dünya üzrə milyarderlərin ümumi sərvəti tarixi maksimuma çataraq 18,3 trilyon ABŞ dolları təşkil edib.
Olaylar.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə beynəlxalq "Oxfam" təşkilatı məlumat yayıb.
"Hazırda dünyadakı milyarderlərin ümumi sərvəti 18,3 trilyon dollara çatıb ki, bu da tarixdə qeydə alınmış ən yüksək göstəricidir. 2025-ci ildə bu sərvət 16 faizdən çox artıb ki, bu da son beş ilin orta artım tempindən üç dəfə sürətlidir",- təşkilatın hesabatında qeyd olunur.
2020-ci ildən bu yana milyarderlərin sərvəti ümumilikdə inanılmaz dərəcədə - 81 faiz artıb. Mütəxəssislərin qiymətləndirməsinə görə, dünyada milyarderlərin sayı da artaraq ilk dəfə 3 min nəfəri ötüb. "Bununla yanaşı, dünyada hər dörd nəfərdən biri yetərsiz qidalanmadan əziyyət çəkir, dünya əhalisinin demək olar ki, yarısı isə yoxsulluq şəraitində yaşayır", - materialda qeyd olunur.