Timoşenko girov pulunu ödəyə bilməyəcəyini açıqladı

Ukraynanın "Batkivşina" Partiyasının lideri Yuliya Timoşenko məhkəmə tərəfindən müəyyən edilmiş 33,3 milyon qrivna (təxminən 760 min ABŞ dolları) məbləğində girovu ödəyə bilmədiyini bildirib.

Olaylar.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Timoşenkonun sözlərinə görə, əvvəlki məhkəmə iclasından sonra maliyyə monitorinqi səbəbindən onun bank əməliyyatları faktiki olaraq bloklanıb ki, bu da müəyyən edilmiş müddətdə vəsaitin köçürülməsini mümkünsüz edir.

O əlavə edib ki, tələb olunan məbləğin hətta bir hissəsini belə köçürə bilmir.

Siyasətçinin fikrincə, ona məqsədli şəkildə maneələr yaradılır ki, 21 yanvar tarixinədək tələb olunan girovu ödəyə bilməsin və nəticədə həbsə alınsın.

Qeyd edək ki, yanvarın 16-da Ukrayna məhkəməsi "Batkivşina" Partiyasının rəhbəri Yuliya Timoşenkoya qarşı 33 milyon qrivna məbləğində girov şəklində qətimkan tədbiri seçib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31