Tramp İrana zərbə planını müvəqqəti dayandırdı

ABŞ Prezidenti Donald Tramp İsrailin Baş naziri Benyamin Netanyahu və Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanla danışıqlardan sonra İrana zərbə endirmək planlarından müvəqqəti imtina edib.

Bu barədə Ağ Ev mənbələrinə istinadən "Axios" yazır.

Məlumata görə, yanvarın əvvəlində ABŞ-də İrana hərbi müdaxilə variantları müzakirə olunsa da, Tramp yekun qərar verməyib. Netanyahu İsrailin mümkün zərbələrə hazır olmadığını, Səudiyyə Ərəbistanı isə ABŞ müdaxiləsinin bölgədə vəziyyəti daha da gərginləşdirəcəyini bildirib. Nəticədə Vaşinqton gərginliyin azaldılması yolunu seçib, lakin güc tətbiqi seçimi açıq qalır.

Xatırladaq ki, 2025-ci ilin sonundan etibarən İranda rialın dəyərdən düşməsi fonunda genişmiqyaslı etirazlar başlayıb, iğtişaşlar zamanı ölənlər və ciddi dağıntılar qeydə alınıb. İran hakimiyyəti hadisələrdə ABŞ və İsraili ittiham edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31