Ekspert: Rusiya danışıqlar aparmaq istəyir, amma Qərbə etibar etmək çətindir- ÖZƏL
17:26 DünyaABŞ, Avropa İttifaqı (Aİ) və NATO ilə danışıqlarda Rusiya maraqlıdır, lakin bu tərəflərə etibar etmək çətindir. Olaylar.az xəbər verir ki, bunu ABŞ-ın beynəlxalq hüquq üzrə hüquqşünası, keçmiş BMT İnsan Haqları Şurasının müstəqil eksperti Alfred de Zayas bildirib.
Ekspertin fikrincə, Rusiya ABŞ, Aİ və NATO ilə açıq ünsiyyət kanallarını saxlamağa maraqlıdır. Lakin, son zamanlarda bu tərəflərin heç biri etibarlı tərəfdaş kimi çıxış etmir və bağlanmış sazişlərə əməl etməkdə hazır deyil. "Dünya narahat dövrlərdən keçir. Ən önəmlisi provokasiyalardan və səhv addımlardan uzaq durmaqdır," - deyə de Zayas bildirib. O, əlavə edib ki, nüvə silahlarının mövcud olduğu bir dünyada istənilən eskalasiya bütün bəşəriyyət üçün ciddi təhlükə yaradır.
Bu açıqlamalar, beynəlxalq münasibətlərdə gərginliyin artdığı və tərəflər arasında etimadsızlığın dərinləşdiyi bir dövrdə verilib