Çexiya Baş naziri: Avropanın Rusiya ilə danışıqlar aparması üçün gec ola bilər- ÖZƏL 

Çexiyanın Baş naziri Andrey Babiş Avropanın Rusiya ilə birbaşa danışıqlara başlaması üçün artıq gec ola biləcəyindən narahatlığını ifadə edib. Olaylar.az xəbər verir ki, o,  bu fikri Macarıstanın Mandiner jurnalının YouTube platformasındakı proqramına müsahibəsində səsləndirib.
Babiş xatırladıb ki, daha əvvəl bir sıra Avropa liderləri Macarıstanın Baş naziri Viktor Orbanı Rusiya Prezidenti Vladimir Putinlə danışıqlar apardığına görə tənqid edirdilər. Onun sözlərinə görə, indi isə Avropada Rusiya lideri ilə birbaşa dialoqun zəruriliyi barədə daha çox danışılır. "Məsələ ondadır ki, bunun üçün artıq çox gec olub-olmadığı sual altındadır", - deyə Çexiya hökumətinin başçısı bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31