İstanbul ağ örpəyə bürünüb

Yanvarın 18-i axşam saatlarından başlayaraq Türkiyənin İstanbul şəhərinə yağan qar meqapolisi bəyaz rəngə bürüyüb.

AZƏRTAC xəbər verir ki, İstanbul Valiliyi qar yağışı ilə əlaqədar olaraq bu gün saat 10:00-dan etibarən ağır tonnajlı nəqliyyat vasitələrinin və kuryerlərin ikinci bir göstəriş verilənədək hərəkətinin qadağan edildiyini bildirib.

Şəhərin Asiya qitəsinin (Anadolu yakası) Beykoz, Ümraniye və Çekmeköy rayonlarında qar yağışı daha təsirli olub. Bu rayonların bəzi ərazilərində ara küçələrin bağlı olduğu müşahidə edilib. Avropa qitəsində isə yağıntı səbəbibdən bəzi yollarda, o cümlədən şəhərlərarası magistrallarda nəqliyyatın hərəkəti məhdudlaşdırılıb. Hazırda bu bölgələrdə yolların açılması üçün qar təmizləmə və duzlama işləri davam etdirilir.

İstanbul Böyükşəhər Bələdiyyəsinin məlumatlarına görə, bu gün səhər saat 08:15 etibarilə şəhərdə tıxacın səviyyəsi 80 faizədək yüksəlib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31