Suriyadakı kürd birləşməsi “mübarizəni” davam etdirəcəyini açıqlayıb

Suriyada separatçı kürdləri birləşdirən "Suriya Demokratik Qüvvələri" (SDF) koalisiyası buraxılmayacağını elan edib.

Musavat.com xəbər verir ki, bunu SDF komandiri Məzlum Abdi Əl-Ərəbiyyə telekanalına deyib: "Qan tökülməsinin qarşısını almaq üçün razılaşmanın şərtlərini qəbul etdik". Onun sözlərinə görə, SDF "parçalanmayıb və ya məğlub olmayıb" və "ərazisini müdafiə etməyə davam edəcək". O, 19 yanvarda "razılaşmanı yekunlaşdırmaq üçün" Dəməşqə gedəcəyini  və səfərin təfərrüatlarını qayıtdıqdan sonra açıqlayacağını deyib.

Bir müddət əvvəl Suriyanın keçid prezidenti Əhməd əl-Şaraa kürd qüvvələri ilə yeni atəşkəs razılaşmasını təsdiqləyib. Sənəddə ölkənin şimal-şərqindəki Deyr əz-Zor və Rakka əyalətlərinin hökumətin tam nəzarəti altına keçəcəyi qeyd olunur. Suriya ordusu bölgədəki bütün sərhəd keçid məntəqələrinin və neft-qaz yataqlarının təhlükəsizliyini təmin edəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31