ÇALXALANAN İranla bağlı SENSASİYA - MÜMKÜNDÜR!
19:14 Dünyaİranın ali lideri ayətullah Əli Xamneyi bildirib ki, ABŞ prezidenti Donald Tramp İranda etiraz aksiyalarının iğtişaşlara çevrildiyi zaman baş verənlərə görə məsuliyyət daşıyır.
"Donald Tramp qurbanlar, zərər, İran xalqına qarşı yalan ittihamlara görə məsuliyyət daşıyır", - o qeyd edib.
Politoloq Kənan Novruzov Musavat.com-a açıqlamasında cənub qonşumuzda rejim dəyişikliyi riskinin hələ də qaldığını deyib:
"Məlum olduğu kimi, İranda vəziyyət kifayət qədər gərgindir. Baş verənlərdə xarici qüvvələrin, o cümlədən ABŞ-nin əli olduğuna şübhə yoxdur. Bəzi məlumatlara görə, ABŞ İrana hücumu təxirə salıb. Mümkündür ki, belədir. Ola bilsin, Vaşinqton proseslərin təbii axarına mane olmaq istəmir. Çünki kənar müdaxilə etirazları səngidə bilər. Buna baxmayaraq, ABŞ İranı "qaynatmağa" davam edəcək. Proseslər gərginləşən dinamika ilə davam edir. Belə olan halda İranda etirazların yaxın vaxtda səngiyəcəyi inandırıcı görünmür.
ABŞ İran hakimiyyətinə təzyiq göstərməyə və xalqda rejimə qarşı qərəz yaratmağa davam edəcək. İran rejimi isə xarici düşmən axtarmağa və xalqı bu düşmənə qarşı həmrəy etməyə çalışacaq. Yəni bu proseslərdən İran rejimi və ABŞ bir-birinə qarşı siyasi manipulyasiya aləti kimi də istifadə edir.
Baş verənlərin məntiqi nəticəsi olaraq İranda rejimin dəyişməsi tamamilə mümkündür".