Dünyada ilk: Qara dəliyin videosu çəkiləcək

Beynəlxalq "Event Horizon Teleskopu" (EHT) layihəsinin astronomları mart-aprel aylarında qara dəliyin ilk videosunu çəkməyi planlaşdırırlar.

Axar.az xəbər verir ki, bu barədə "Quardian" nəşri Kembric Universitetinin astrnomiya və eksperimental fəlsəfə professoru Ser Markoffa istinadla məlumat yayıb.

Məlumata görə, astronomlar çəkiliş üçün Günəş sistemi ölçüsündə və 6 milyard Günəş kütləsində kosmik obyekt seçiblər.

"Hazırda astronomlar ilk dəfə olaraq super nəhəng qara dəliyin hərəkətini lentə almağa hazırlaşırlar", - nəşr bildirib.

Nəşr qeyd edib ki, "Event Horizon Teleskopu" Antarktidadan İspaniya və Koreyaya qədər dünyanın hər yerində yerləşən 12 radio teleskopundan ibarət şəbəkədir. 2019-cu ildə bu layihənin astronomları dünyada ilk dəfə qara dəliyin kölgəsinin görüntüsünü dərc etmişdilər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31