Avropalı diplomatlar təcili iclasa çağırıldı: nə baş verir?

ABŞ Prezidenti Donald Trampın Qrenlandiya üzərindən tariflər tətbiq etmək vədindən sonra Avropa İttifaqı (Aİ) təcili iclas çağırır.

Globalinfo.az xəbər verir ki, bu barədə "The Guardian" qəzeti məlumat yayıb.

"Aİ diplomatlarının sözlərinə görə, görüş yerli vaxtla saat 17:00-da (Bakı vaxtı ilə 18:00 - red.) başlayacaq. 27 ölkədən səfirlər bir araya gələcəklər", - deyə bildirilib.

Qeyd edək ki, Donald Tramp 17 yanvarda "TruthSocial" sosial şəbəkəsində paylaşım edərək 1 fevrala qədər Qrenlandiyanın ilhaqına qarşı çıxan Avropa ölkələrinə 10% tarif tətbiq edəcəyinə  söz verib.

Bu ölkələrə Danimarka, Birləşmiş Krallıq, Hollandiya, Norveç, Finlandiya, Fransa, Almaniya və İsveç daxildir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31