İranlı diplomat İsveçrədən sığınacaq istədi

İranın BMT-dəki daimi nümayəndəliyinin yüksəkvəzifəli əməkdaşı Əlirza Ceyrani Hökmabad İsveçrədən sığınacaq istəyib.

Globalinfo.az xəbər verir ki, bu barədə "Iran International" mənbələrə istinadən məlumat yayıb.

"O, müşavir vəzifəsini tutub, faktiki olaraq İranın BMT və Cenevrədəki digər beynəlxalq təşkilatlar yanındakı nümayəndəliyinin rəhbər müavini vəzifələrini icra edib.

Lakin Əlirza Ceyrani ölkədə davam edən siyasi və sosial təlatümlərin mümkün nəticələr ilə bağlı narahatlıqlara görə İrana qayıtmamaq qərarına gəlib. O, işdən ayrıldıqdan sonra ailəsi ilə birlikdə sığınacaq üçün ərizə təqdim edib", - deyə bildirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31