Gürcüstanda Azərbaycan vətəndaşları saxlanıldı
12:19 DünyaGürcüstanda Azərbaycan, Türkiyə, Banqladeş, Özbəkistan və Mərakeş vətəndaşları olan 14 nəfər əcnəbi saxlanılıb.
Bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyindən (DİN) bildirilib.
Həmin şəxslərin sığınacağın verilməsi prosedurunda nəzərdə tutulmuş şərtləri pozaraq bir neçə il ərzində qanuni əsas olmadan Gürcüstanda yaşadıqları müəyyənləşdirilib.
Əcnəbilər Gürcüstanı könüllü şəkildə tərk etməni nəzərdə tutan qərarda göstərilən şərtlərdən istifadə etməyiblər və nəticədə DİN-nin Miqrasiya Departamenti onların saxlanılması barədə qərar verib.
Qərarın icrası üçün saxlanılan şəxslər hazırda sonradan mənşə ölkələrinə qaytarılmaq məqsədilə Miqrasiya Departamentinin müvafiq mərkəzinə yerləşdiriliblər. /APA
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31