İranda yeni etirazlar başlayacaq: tarix verildi – Qapalı görüş

"İsrail ABŞ-ın İrana mümkün zərbəsinin təxirə salındığını təxmin edir, çünki Vaşinqton məhdud bir əməliyyata deyil, Tehranda rejimi dəyişdirməyi hədəfləyən daha geniş və uzun bir kampaniyaya hazırlaşır".

Bunu jurnalist Eynulla Fətullayev öz Feysbuk hesabında yazıb.

Onun sözlərinə görə, İsrail ABŞ-dan xahiş edib ki, hər iki tərəfin davamlı hücuma hazır olmasına qədər zərbə endirməyə tələsməsin:

"Məqsəd, İranda hakimiyyəti devirmək və siyasi rejimi dəyişməkdir. ABŞ-ın yüksək rütbəli rəsmilərinin bildirdiyinə görə, İrana hücum sonda baş tutacaq. Həmçinin qapalı söhbət zamanı ABŞ Prezidenti Donald Trampın yaxın silahdaşı Stiv Uitkoffa açıq sual ilə müraciət olunub: Vaşinqton "İran xalqını necə tərk edə bilər?!"

Uitkoffun cavabı: "İranlılar ağıllı olduqlarını düşünürlər, amma biz daha ağıllıyıq".

Bu arada, vəliəhd şahzadə Rza Pəhləvi İran xalqına çağırışla müraciət edib. O, xalqı 27 yanvarda yeni etiraz dalğasına səsləyib".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31