Avstriyada qar uçqunu - 5 ölü var

Avstriyanın Zaltsburq bölgəsində baş verən iki qar uçqunu nəticəsində beş xizəkçi həlak olub.

Qafqazinfo.az  xəbər verir ki, bu barədə Avstriyanın APA agentliyi məlumat yayıb.

Bildirilib ki, birinci uçqun Bad-Hofqastayn ərazisində 2200 metr yüksəklikdə baş verib və bir xizəkçi qadın qar uçqunu altında qalaraq ölüb.

Daha sonra Qrossartal vadisində ikinci uçqun baş verib və yeddi xizəkçi qarın altında qalıb. Onlardan dördü hadisə yerində həlak olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31