Çində 1 milyon məmur cəzalandırıldı

Çin hakimiyyətinin korrupsiyaya görə nə qədər məmuru cəzalandırdığı məlum olub.

Modern.az  xəbər verir ki, ötən il Çin genişmiqyaslı antikorrupsiya təmizləmələri həyata keçirib və bu müddət ərzində 69 yüksək rütbəli dövlət qulluqçusu cəzalandırılıb.

Onların arasında nazirlər də var.

Milli antikorrupsiya idarəsinin məlumatına görə, 2025-ci ildə korrupsiya ilə bağlı bir milyondan çox iş araşdırılıb. Bu araşdırmaların nəticələrinə əsasən, 983 min nəfər müxtəlif cəzalara məruz qalıb.

Çin xəbər agentliklərinin yaydığı məlumata görə cinayətkarlar üçün "gizlənməyə yer qalmayıb".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31