Türkiyədə güclü partlayış: ölənlər və yaralılar var

Türkiyənin Ərzurum vilayətinin Yakutiye rayonunda yerləşən mebel sexində güclü partlayış olub.Axar.az xəbər verir ki, bu barədə "Haber Qlobal" məlumat yayıb.Bildirilib ki, hadisə zamanı içəridə qalan 8 nəfər xəsarət alıb. Onlardan ikisi dünyasını dəyişib.Partlayışın hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31