Xamenei bəyan etdi: Tramp hakimiyyətdən belə devriləcək
19:41 Dünyaİranın Ali Rəhbəri Əli Xamenei ölkədə baş verən son etirazları "fitnə" adlandıraraq, bu proseslərə ABŞ prezidenti Donald Trampın şəxsən müdaxilə etdiyini deyib.
Globalinfo.az xəbər verir ki, Xameneinin sözlərinə görə, Tramp İran xalqına qarşı törədilən insan tələfatına, dağıntılara və ölkə barədə yayılan böhtanlara görə məsuliyyət daşıyır.
Ali dini lider vurğulayıb ki, İran xalqı fitnəni məhv etməyi bacarıb. Xamenei çıxışında Trampı tarixdəki zalımlarla müqayisə edib:
"Qoy dünyanı mühakimə edən və taxtda əyləşən şəxs bilsin ki, firon, Nəmrud, Rza xan, Məhəmməd Rza Pəhləvi kimi zalımlar məhz təkəbbürlərinin zirvəsində olarkən devriliblər. O da eyni aqibətlə üzləşəcək", - deyə Xamenei vurğulayıb.
Xatırladaq ki, Tramp kütləvi etirazlar fonunda İrana zərbə endirmək barədə göstəriş verməyi planlaşdırsa da, son anda bu qərardan imtina edib.