Gilanda saxlanılanların sayı 1500-ü keçdi
19:39 Dünyaİranın Gilan əyalətində baş verən iğtişaşlarla bağlı daha 50 nəfər saxlanılıb.
Axar.az xəbər verir ki, bu barədə əyalət polis idarəsinin rəisi Hüseyn Həsənpur bildirib.
Onun sözlərinə görə, etirazlarda iştirak edənlərin müəyyənləşdirilməsi davam edir və ümumilikdə Gilan əyalətində saxlanılanların sayı 1500 nəfəri keçib.
Bundan əlavə, Xorasan Rəzəvi vilayətinin prokuroru da iğtişaşlarla əlaqədar 72 nəfərin saxlanıldığını açıqlayıb. Həbslər Tehran, Kərəc, Rəşt, Ərdəbil və digər şəhərlərdə də aparılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31