Tramp Qəzzaya görə Ərdoğana məktub göndərdi
19:32 DünyaABŞ Prezidenti Donald Tramp türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana məktub göndərərək onu Qəzzada idarəetmə məqsədilə yaradılmış "Sülh Şurası"na qurucu üzv kimi qatılmağa dəvət edib.
Teleqraf xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Burhanettin Duran bildirib.
O vurğulayıb ki, Birləşmiş Millətlər Təşkilatı (BMT) Təhlükəsizlik Şurasının 2803 saylı qətnaməsində D. Trampın Qəzza münaqişəsinə son qoymaq üçün bəyan etdiyi Kompleks Planın (Comprehensive Plan to End the Gaza Conflict) dəstəklənməsi qərara alınıb:
"Qətnaməyə əsasən, Qəzzada təhlükəsizliyin təmin olunması və yenidənqurma prosesinə nəzarət edəcək "Sülh Şurası" və onun qurumlarının yaradılması nəzərdə tutulur. Donald Tramp yanvarın 16-da "Sülh Şurası"nın qurucu sədri qismində Rəcəb Tayyib Ərdoğana məktub göndərərək onu şurada qurucu üzv kimi iştirak etməyə dəvət edib".