Kadırovun oğlu qəzadan sonra medalla təltif edildi

Çeçenistan Təhlükəsizlik Şurasının katibi Adam Kadırov "Atom elektrik stansiyalarının təhlükəsizliyinin artırılmasında xidmətlərə görə" qızıl medalla təltif olunub.

Bu barədə Çeçenistan rəhbəri Ramzan Kadırov Teleqram kanalında məlumat yayıb.

Məlumata görə, mükafat Rosqvardiyanın Çeçenistan Respublikası üzrə idarəsinin "Axmat-Qroznı" OMON-unun komandiri Anzor Bissayev tərəfindən təntənəli şəraitdə təqdim edilib.

Qeyd edək ki, daha əvvəl sosial şəbəkələrdə Qroznıda baş verdiyi iddia olunan yol-nəqliyyat hadisəsi nəticəsində Adam Kadırovun xəsarət alması ilə bağlı məlumatlar yayılmışdı. (APA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31