Tramp 13 yanvarda İrana hücum əmri verdi, son anda… – KİV
17:19 DünyaABŞ Prezidenti Donald Tramp yanvarın 13-də İranda etirazların davam etdiyi müddətdə bu ölkəyə hücum əmri verib.
Globalinfo.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" məlumat yayıb.
Nəşr iddia edir ki, Tramp sözügedən tarixdə Pentaqona İrana hücum əmri verib. Lakin daha sonra dərhal fikrindən daşınıb və qərarını ləğv edib.
Məlumata görə, buna səbəb ABŞ liderinin müşavirləri ilə müzakirəsi olub. Belə ki, Trampın köməkçiləri ona İrandakı rejimin bir neçə hava zərbəsi ilə devrilməyəcəyini izah ediblər. Nəticədə o, fikrindən daşınıb.
Həmçinin ABŞ Prezidentinin Yaxın Şərq məsələləri üzrə nümayəndəsi Stiv Uitkoff Ağ Evin İrandan əsas tələblərini bir daha vurğulayıb: uranın zənginləşdirilməsi səviyyəsinə nəzarət, raket ehtiyatının azaldılması, toplanmış nüvə materiallarının idarə olunması və Yaxın Şərqdəki İranpərəst qrupların hərəkətlərinin məhdudlaşdırılması.