Hələ beləsi olmamışdı: İran ilkə imza atdı – Mask heyrət içində

İranda etirazların artması və polislə şiddətli qarşıdurmaların yaşanması Tehran hökumətini daha ciddi adımlar atmağa vadar edib. Bu çərçivəsində ölkədə internet bağlantısının kəsilməsi, hıətta sadəcə hökumətə bağlı media qurumlarının yayımına icazə verilməsi narazılığı daha da artırıb.

"Tesla" şirkətinin baş direktoru, amerikalı iş adamı İlon Mask isə buna alternativ olaraq Starlink peyklərini işə salaraq iranlılar üçün internet bağlantısı təmin edib. Maskın bu addımı müsbət dəyərləndirilsə də, gözlənildiyi qədər effektiv olmayıb. Məlumata görə, İran peykin yayımına mane olmağı bacarıb. Hətta bu addım dünyada Starlink peyklərinə qarşı ilk uğurlu təşəbbüs kimi qiymətləndirilir.

İllərdir sanksiyalara məruz qalan bir ölkənin belə bir nəhəng texnologiya şirkətinin yayımına mane olması nə dərədəcədə mümkün və realdır?

Globalinfo.az-a danışan politoloq Aytən Qurbanova deyib ki, 1979-cu ildən bu günə qədər İrana qarşı tətbiq olunan sanksiyalar bu ölkə üçün bir çox istiqamətdə yeni addımların atılmasını qaçılmaz edib:

"Eləcə də, informasiya məkanının nəzarət altında saxlanılması məqsədilə texnoloji inkişaf İranın mövcud rejimi üçün labüd xarakter alıb. Amma Starlink peyklərinin "bloklanması" ciddi addımdır və hesab edirəm ki, İran təkbaşına buna nail ola bilməz. Deməli sadəcə olaraq lokal səviyyədə internet verilişi bloklanıb. Bu da öz növbəsində informasiya müharibəsində İran tərəfindən atılmış mühüm addımdır. Beləliklə də, rəsmi Tehran etirazlara xaricdən idarə edilməsini qarşı heç vaxt sükutla qarşılamayacağının və prosesləri tam nəzarət altında saxladığının mesajını vermiş oldu.

Nəticə etibarilə, ümumi mənzərədə Starlink peyklərinin bloklanması İranın etirazlarla praqmatik mübarizə strategiyasının tərkib hissəsi olsa da, XXI əsr müharibələrinin də praktiki təzahürüdür".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31