Vəliəhd şahzadənin yeni malikanəsində qəribə qadağa
15:18 DünyaBritaniyanın vəliəhd şahzadəsi Uilyamın Vindzor Qreyt Parkdakı yeni malikanəsinin ərazisində elektrikli skuter sürməsi qadağan edilib.
Globalinfo.az xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.
Nəşr yazır ki, şahzadənin ailəsinin Berkşir mülkünün geniş ərazisində yerləşən siyahıya alınmış "Forest Lodge" binasına köçdüyü deyilir.
Parkın qaydalarında təhlükəsizlik və hərəkətliliyin maneəsiz təmin edilməsi məqsədilə ərazidə skuter sürülməsinin qadağan edildiyi bildirilir. Lakin Uiliyamın ən çox istifadə etdiyi nəqliyyat vasitəsi skuter olduğu üçün belə bir qadağanın tətbiqi maraqla qarşılanıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31