Ermənistan polisi iranlıları saxladı: Göy məscidə getmək istəyiblər…
15:09 DünyaErmənistanda yaşayan iranlılar İrəvanda yerləşən İran səfirliyinin binası qarşısında aksiya keçirməyə çalışıblar. Globalinfo.az xəbər verir ki, bu barədə "Azadlıq Radiosu"nun Ermənistan nümayəndəliyi məlumat yayıb.
Etirazçıların Tehran hökuməti əleyhinə şüarlar səsləndirərək Göy məscidə doğru yürüş etmək istədikləri bildirilib. Lakin Ermənistan polisinin aksiyaya müdaxilə etdiyi və bəzi etirazçıları saxladığı deyilir.
Lakin daha sonra aksiya iştirakçıları etiraza dinc şəkildə davam edəcəklərinə dair polisə söz veriblər və oturaq aksiyaya başlayıblar. Buna rəğmən polis etirazların tamamilə dayandırılmasını tələb edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31