Rusiyada güclü zəlzələ oldu
17 Yanvar 12:50 DünyaRusiyanın Kamçatka bölgəsində 5,8 maqnitudalı zəlzələ qeydə alınıb.
Bu barədə Rusiya Elmlər Akademiyasının Geofizika xidmətinin Kamçatka filialı məlumat yayıb.
Məlumata görə, zəlzələnin episentri Petropavlovsk-Kamçatsak şəhərindən 190 kilometr aralıda, hiposentri (yeraltı ocağı) isə 39 kilometr dərinlikdə olub.
Dağıntı və zərərçəkənlər barədə məlumat yoxdur. Sunami həyəcanı elan olunmayıb. Bölgənin sakinləri yeraltı təkanları 3 bala qədər gücdə hiss edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31