Avropa Mühafizəkarları: Avropa Komissiyası Rusiya aktivlərinin müsadirəsi ideyasından geri çəkildi- ÖZƏL
09:47 DünyaAvropa Komissiyası Aİ sammiti zamanı Rusiya aktivlərinin müsadirəsi ilə bağlı təşəbbüsdən imtina etməyə məcbur olub. Olaylar.az xəbər verir ki,bu barədə "The European Conservative" jurnalının köşə yazarı Rafael Pinto Borges dərc olunan rəy məqaləsində yazıb.
Məqalədə qeyd olunur ki, Avropa Komissiyası üçün bu geri dönüş "dərin şəkildə alçaldıcı" xarakter daşıyıb. Müəllifin fikrincə, Aİ Prezidenti Ursula fon der Leyenin Rusiya aktivlərinin müsadirəsi ilə bağlı planı sammitdə dəstək tapmayıb və nəticədə Komissiya bu ideyadan vaz keçib.
Rafael Pinto Borges vurğulayıb ki, Ursula fon der Leyen bu planı sentyabr ayında "yeganə mümkün çıxış yolu" kimi təqdim etsə də, təşəbbüs uğursuzluğa düçar olub. O, Rusiya aktivlərindən istifadə etməklə Ukraynaya milyardlarla avro kredit verilməsi sxemini "hüquqi baxımdan kövrək və siyasi cəhətdən riskli" adlandırıb.
Müəllif yazır ki, Avropa Komissiyasının bu təşəbbüsü həm hüquqi problemlər, həm də Aİ daxilində artan siyasi narazılıq səbəbindən reallaşa bilməyib. Onun sözlərinə görə, baş tutmayan bu plan Avropa Komissiyasının səriştəsizliyinin növbəti nümunəsi kimi qiymətləndirilir.