ABŞ Bella 1 tankerini ələ keçirmək üçün order alıb- ÖZƏL
09:15 DünyaABŞ hakimiyyəti Panama bayrağı altında Venesuelaya doğru hərəkət edən Bella 1 adlı neft tankerinin müsadirəsi üçün məhkəmə orderi əldə edib. Olaylar.az xəbər verir ki, bu barədə The New York Times qəzeti mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, tanker əvvəllər İran neftinin daşınmasında iştirak etmiş ola bilər. ABŞ Sahil Mühafizəsi gəmini dayandırmağa cəhd etsə də, tanker tələblərə tabe olmayaraq marşrutunu davam etdirib. Nəticədə gəminin "aktiv şəkildə təqibinə" başlanılıb.
Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp dekabrın 10-da sanksiyalar altında olan və Venesuela nefti daşıyan bir tankerinin saxlanıldığını açıqlamış, ABŞ-ın həmin nefti özündə saxlamağı planlaşdırdığını bildirmişdi.
Dekabrın 20-də ABŞ Panama bayrağı altında üzən və Çindən olan neft treyderi üçün yük daşıyan Centuries tankerinin də ələ keçirildiyini təsdiqləyib. Qeyd olunub ki, sözügedən gəmi ABŞ sanksiyalarına məruz qalmayıb.
Bundan əvvəl, dekabrın 21-də Bloomberg agentliyi Panama bayrağı altında Venesuelaya doğru hərəkət edən Bella 1 tankerinin saxlanılması ilə bağlı əməliyyat barədə məlumat yayıb.