Hələlik sülh sazişi yoxdur və bəlkə də olmayacaq - Zelenski
17:58 DünyaHələlik Rusiya ilə sülh sazişi yoxdur və gələcəkdə onun imzalanacağına zəmanət verilə bilməz.
Olaylar.az xarici KİV-ə istinadən xəbər verir ki, bu fikirləri Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevdə Portuqaliyanın Baş naziri Luis Monteneqro ilə birgə mətbuat konfransında deyib.
Zelenski vurğulayıb ki, sülh sazişi yalnız kağız üzərində mövcud olan sənəd deyil. Onu real saziş adlandırılması üçün həm müharibə dayandırılmalıdır, həm də liderlər tərəfindən imzalanmalıdır.
Dövlət başçısı qeyd edib ki, hazırda əsas diqqət Ukrayna ordusunun təhlükəsizliyinin təmin edilməsinə və döyüşlərdə irəliləyişə yönəlib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31