MDB liderlərinin qeyri-rəsmi görüşü bu şəhərdə keçiriləcək

Rusiya Prezidenti Vladimir Putinin təşəbbüsü ilə Sankt-Peterburqda Müstəqil Dövlətlər Birliyi (MDB) liderlərinin qeyri-rəsmi görüşü keçiriləcək.

Globalinfo.az xəbər verir ki, bu barədə RİA Novosti Kremlin mətbuat xidmətinə istinadən məlumat verib.

"Müstəqil Dövlətlər Birliyinin üzv dövlətlərinin liderlərinin ənənəvi qeyri-rəsmi görüşü dekabrın 22-də keçiriləcək", - deyə bildirilir.

Dekabrın 21-də Sankt-Peterburqda Ali Avrasiya İqtisadi Şurasının iclası keçiriləcək.

Putin MDB ölkələrinin liderlərini oktyabrda Sankt-Peterburqda Birlik sammiti zamanı qeyri-rəsmi sammitə dəvət edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31