ABŞ Maduronun yaxın qohumlarına sanksiya tətbiq etdi

ABŞ Venesuela prezidenti Nikolas Maduronun yaxın çevrəsinə daxil olan yeddi şəxsə sanksiya tətbiq edib.

Olaylar.az xəbər verir ki, Dövlət Departamentinin mətbuat xidmətinin yaydığı açıqlamaya görə, sanksiyalar korrupsiya ilə mübarizə və Venesuela hökumətinin "regional sabitliyə təhdid"i səbəbindən tətbiq edilib. Məhdudiyyətlər beş Venesuela vətəndaşına və iki Panama vətəndaşına təsir göstərir. Yeddi şəxs arasında Maduronun həyat yoldaşının qardaşı oğlu Karlos Erik Malpika Floresin qohumları da var. ABŞ-ın məlumatına görə, Flores dövlətə məxsus neft şirkətində korrupsiya sui-qəsdində iştirak edib.

Maduronun həyat yoldaşının bacısı olan Floresin anası, atası, bacısı, həyat yoldaşı və qızı da sanksiyalara məruz qalıb.

ABŞ Maliyyə Naziri Skott Bessent bildirib ki, bu şəxslər Maduronun "cinayətkar narko-dövlətini" dəstəkləyir: "Venesuelanın ölkəmizi ölümcül narkotiklərlə doldurmağa davam etməsinə icazə verməyəcəyik. Maduro və onun cinayətkar əlbirləri yarımkürəmizin sülh və sabitliyini təhdid edir".

ABŞ Maliyyə Nazirliyinin bir hissəsi olan Xarici Aktivlərə Nəzarət İdarəsinin veb saytında dərc olunmuş məlumatlara görə, ABŞ hakimiyyəti həmçinin 3 fevral 2026-cı il tarixindən etibarən Venesuelanın dövlətə məxsus neft və qaz şirkəti Petróleos de Venezuela, Sociedad Anonima (PDVSA) ilə müəyyən maliyyə əməliyyatlarına icazə verən ümumi lisenziyanı verib. (Musavat.com)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31