ABŞ-dan sərt xəbərdarlıq: 2026-cı ildə müharibə davam edə bilər

Ukrayna 2026-cı ildə də döyüşlərin davam etməsinə hazır olmalıdır. 

Olaylar.az xəbər verir ki, bu barədə ABŞ-ın NATO yanında daimi nümayəndəsi Uitaker açıqlama verib.

Onun sözlərinə görə, məhz bu ssenari nəzərə alınaraq Avropa İttifaqı Kiyev üçün 105 milyard dollar həcmində kredit paketi təsdiqləyib. ABŞ rəsmisi bildirib ki, bu vəsait faktiki olaraq müharibənin maliyyələşdirilməsinə yönəlib.

"Əgər biz bu qış sülh sazişi olmadan keçsək, döyüş əməliyyatları davam edəcək", - deyə Uitaker vurğulayıb. (Musavat.com)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31