İranın BMT-dəki nümayəndəsi: “İsrailin məqsədi Suriyanı parçalamaqdır” – ÖZƏL
14:40 DünyaOlaylar.az xəbər verir ki, İranın BMT-dəki daimi nümayəndəsi Əmir Səid İrəvani Təhlükəsizlik Şurasının Suriya ilə bağlı iclasında çıxış edərək, regiondakı gərginliyə dair mühüm bəyanatlar verib. O, həm terror təhlükəsinin artmasını, həm də İsrailin hərbi müdaxilələrini kəskin tənqid edib.
İrəvani İŞİD-in Suriyada yenidən fəallaşmasının region üçün ciddi təhdid olduğunu bildirib. O, terrorla mübarizənin Suriyanın ərazi bütövlüyünə hörmət edilməklə aparılmalı olduğunu vurğulayıb.
Diplomat İsrailin Suriyaya hücumlarının təsadüfi olmadığını, bunun Suriya dövlətini zəiflətmək və parçalamaq məqsədi daşıyan "məqsədyönlü strategiya" olduğunu iddia edib.
İran tərəfi Suriyanın sabitliyinin regional sülhün əsas amili olduğunu qeyd edərək, Beyt-Cin şəhərinə edilən son hücumları beynəlxalq hüququn pozulması kimi qiymətləndirib.