Gevork Papoyan: “Bu, Ermənistanın müstəqilliyini bərpa etməsindən sonra həyata keçirilən ilk ticarət əməliyyatıdır” – ÖZƏL

Hazırda 22 vaqon Azərbaycan mənşəli A95 benzini, ümumi həcmi 1300 ton olan yük, Ermənistan-Gürcüstan sərhədini (Ayrum stansiyası) keçir. Bu yük Azərbaycan-Gürcüstan-Ermənistan dəmiryolu vasitəsilə Ermənistana çatdırılır.

Olaylar.az xəbər verir ki, bu barədə Ermənistan İqtisadiyyat Naziri Gevork Papoyan öz Facebook səhifəsində məlumat verib. 

O bildirib ki, bu, yalnız iki ölkə arasında sülhün bərqərar edilməsindən sonra deyil, həmçinin Ermənistanın müstəqilliyini bərpa etməsindən sonra həyata keçirilən ilk ticarət-iqtisadi əməliyyatdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31