Lukaşenko: Belarus yaxın illərdə təkmilləşdirilmiş “Polonez” raket kompleksinə sahib olacaq- ÖZƏL

Belarus Prezidenti Aleksandr Lukaşenko bildirib ki, ölkə yaxın illərdə təkmilləşdirilmiş "Polonez" raket kompleksini alacaq. Olaylar.az xəbər verir ki, onun sözlərinə görə, modernləşdirilmiş kompleks Belarus ordusunun döyüş imkanlarını əhəmiyyətli dərəcədə artıracaq.
Lukaşenko qeyd edib ki, hərbi-texniki inkişaf və milli təhlükəsizliyin gücləndirilməsi Minsk üçün prioritet məsələlərdən biridir. Prezidentin fikrincə, "Polonez"in yenilənmiş versiyası müasir çağırışlara cavab verəcək və ölkənin müdafiə potensialını daha da möhkəmləndirəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31