Ermənistanda sabiq maliyyə məmuru Aİ qrantlarını mənimsəməkdə ittiham olunur – ÖZƏL

Ermənistan Prokurorluğu Maliyyə Nazirliyinin sabiq vəzifəli şəxsi A. Q. barəsində cinayət işini məhkəməyə göndərib.

Olaylar.az xəbər verir ki, Baş Prokurorluğun mətbuat xidmətinin məlumatına görə, A. Q. 2009-2014-cü illərdə Ermənistan Maliyyə Nazirliyində Avropa İttifaqı ilə işlərin koordinasiyası şöbəsinə rəhbərlik edərkən Aİ proqramları çərçivəsində ayrılan qrant vəsaitlərini mənimsəyib.

İstintaq materiallarında bildirilir ki, o, bu məqsədlə Ermənistandakı Aİ nümayəndəliyinin əməkdaşı M. P., ATƏT-in İrəvan bürosunun əməkdaşları və bir sıra yerli QHT-lərlə əlbir olub. Həmin QHT-lər saxta qrant müraciətləri təqdim edib, bu müraciətlər isə sonradan təsdiqlənib.

Nəticədə təxminən 972 milyon dram (mövcud məzənnə ilə təqribən 2,5 milyon ABŞ dolları) məbləğində vəsaitin mənimsənildiyi müəyyən edilib.

A. Q. barəsində cinayət təqibi başlanıb, o, beynəlxalq axtarışa verilib. Məhkəmə prosesi qiyabi qaydada keçiriləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31