NATO-nun zəif nöqtəsi üzə çıxdı – uzunmüddətli müharibəyə tab gətirməyə bilər
12:24 DünyaNATO uzunmüddətli və fasiləsiz müharibə aparmaq üçün yetərli dayanıqlığa malik olmaya bilər.
Olaylar.az xəbər verir ki, bu barədə Böyük Britaniya Kral Donanmasının vitse-admiralı Mayk Atli Bloomberg agentliyinə verdiyi müsahibədə bildirib. Atli hazırda NATO-nun Birləşmiş Dəniz Komandanlığına rəhbərlik edir.
Onun sözlərinə görə, Qərb silahlı qüvvələri daha mürəkkəb döyüş mühitinə hazırlaşmalıdır. Bu mühit təkcə klassik hərbi əməliyyatları deyil, eyni zamanda kiberhücumlar, hibrid təhdidlər və yüksək intensivlikli qarşıdurmaları da əhatə edir.
Vitse-admiral qeyd edib ki, NATO texnoloji və hərbi imkanlar baxımından Rusiyadan üstün ola bilər, lakin əsas problem bu üstünlüyün uzun müddət ərzində qorunub saxlanılıb-saxlanıla bilməməsidir.
"Bizim imkanlarımız var, amma bu imkanları davamlı şəkildə uzunmüddətli döyüşlərdə saxlaya biləcəyimizə dair tam əminlik yoxdur", - deyə o vurğulayıb. (Musavat.com)