Belarus Müdafiə Nazirliyi: Polşa Patriot raketlərini əhalini qorxutmaq üçün yerləşdirib- ÖZƏL
12:22 DünyaBelarusun müdafiə naziri Viktor Xrenin Polşanın öz ərazisində Patriot zenit-raket komplekslərini yerləşdirməsini daxili auditoriyanı "xarici təhlükə" ilə qorxutmaq cəhdi kimi qiymətləndirib. Olaylar.az xəbər verir ki, o, bu barədə jurnalistlərə açıqlama verib.
"Onlar bizdən düşmən obrazı yaradıblar. İndi isə öz əhalilərini qorxudurlar", - deyə Xrenin bildirib.
Nazir vurğulayıb ki, Patriot sistemlərinin yerləşdirilməsi regionda gərginlik yaratmır. Onun sözlərinə görə, bu silahlar əsasən müdafiə xarakteri daşıyır və uçan obyektləri, raketləri məhv etmək üçün nəzərdə tutulub: "Qoyublar - bu, onların işidir. Biz bu 'Patriot'ları görürük. Amma biz onlara tərəf uçmağı və raket buraxmağı planlaşdırmırıq".
Qeyd edək ki, Polşanın milli müdafiə naziri Vladislav Kosinyak-Kamış daha əvvəl ölkə ərazisində yerləşdirilmiş Patriot raket sistemlərinin döyüş növbətçiliyinə götürüldüyünü və tam döyüş hazırlığı vəziyyətində olduğunu açıqlayıb. Onun sözlərinə görə, 2027-2029-cu illərdə Polşaya əlavə olaraq 48 Patriot buraxılış qurğusu çatdırılacaq. Bu sistemlər ABŞ-dan alınmış F-35 qırıcıları ilə birlikdə ölkənin hava məkanının müdafiəsi üçün vahid sistemdə fəaliyyət göstərəcək.