Zurab Caparidze: "Mübarizəni dayandırmayacağıq" – ÖZƏL

Olaylar.az xəbər verir ki, "Dəyişiklik naminə Koalisiya"nın liderlərindən biri Zurab Caparidze həbsdən çıxdıqdan sonra kəskin bəyanatlarla çıxış edib. O, hakimiyyətin müxalifət liderlərini azadlığa buraxmaqla onları susmağa və ya ölkəni tərk etməyə vadar etmək istədiyini, lakin buna nail ola bilməyəcəklərini vurğulayıb.

Caparidze nə ölkəni tərk edəcəyini, nə də susacağını bildirib. O, digər müxalif həmkarlarının da eyni mövqedə olduğunu qeyd edib.
Siyasətçi qısa müddətdə xalqla görüşüb məsləhətləşmələr aparacağını və bundan sonra konkret fəaliyyət planı ilə çıxış edəcəyini deyib.

Caparidzenin sözlərinə görə, yeni ittihamlar müxalifəti hər an həbs olunma qorxusu altında saxlamaq məqsədi daşıyır. O, azadlıqda olduğu hər anı mübarizə üçün maksimum səmərəli istifadə edəcəyini bəyan edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31