ABŞ 85 min xarici vətəndaşın vizasını ləğv edib

ABŞ Dövlət Departamenti bu il prezident Donald Trampın təşəbbüsü ilə başladılan qanunsuz mühacirətə qarşı kampaniya çərçivəsində 85 min vizanı (qeyri-miqrasiya vizası nəzərdə tutulur -red.) ləğv edib.

Olaylar.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Dövlət Departamentinin 2025-ci il üzrə yekun hesabatında deyilir.

"Dövlət Departamenti deportasiyaların sürətləndirilməsi və sadələşdirilməsi məqsədilə təhlükəsiz üçüncü ölkə barədə yeddi saziş imzalayıb və bu ilin yanvar ayından etibarən 85 mindən çox qeyri-miqrasiya vizasını ləğv edib",- hesabatda qeyd olunur.

Qeyd edək ki, dekabrın 18-i ABŞ-nin Daxili Təhlükəsizlik naziri ABŞ-da yaşamaq icazəsi verən "qrin kart" proqramının dərhal dayandırılmasına göstəriş verib. (Trend)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31