“Bu, Putinə açıq mesajdır” – Merz
11:57 Dünya"Avropa İttifaqının (Aİ) Ukraynaya sıfır faizli kredit vermək qərarı Rusiya Prezidenti Vladimir Putinə siqnaldır".
Olaylar.az xəbər verir ki, bunu Almaniya kansleri Fridrix Merz deyib.
"Ukrayna üçün maliyyə paketi hazırdır: Kiyev təklif etdiyim kimi 90 milyard avro faizsiz kredit alacaq. Bu, Avropadan Putinə açıq bir mesajdır", - deyə o yazıb.
Almaniya hökumətinin başçısı vurğulayıb ki, Moskva Kiyevə kompensasiya ödəyənə qədər Aİ Rusiya aktivlərini dondurulmuş saxlayacaq. (Globalinfo)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31