Zelenski danışıqlarda həll edilməmiş məsələləri açıqladı

Ukrayna və ABŞ arasında gedən danışıqlarda Donbas məsələsi hələ də həll edilməmiş qalır.

Olaylar.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski deyib.

Zelenski bildirib ki, Donbasın və Zaporojye Atom Elektrik Stansiyasının gələcəyi ABŞ ilə danışıqlarda hələ də həll olunmayıb.

Bundan başqa Ukrayna prezidenti həmçinin Rusiyanın Ukraynaya qarşı hücumları bərpa edəcəyi təqdirdə ABŞ-ın gələcək təhlükəsizlik zəmanətlərinə uyğun olaraq nə edəcəyi ilə bağlı hələ də cavab almadığını deyib. (Globalinfo)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31