Anna Hakobyanın yaxın çevrəsi parlament yolunda – “vətəndaş müqaviləsi” siyahısında narazılıq- ÖZƏL

Bir neçə həftə əvvəl  Ermənistanın hakim "Vətəndaş müqaviləsi" Partiyasının seçki siyahısının formalaşdırılmasında baş nazir Nikol Paşinyanın həyat yoldaşı Anna 
Hakobyanın həlledici rol oynadığı bildirilir. Olaylar.az xəbər verir ki, mənbələrin məlumatına görə, bu proses əvvəlki seçkilərdə olduğu kimi, bu dəfə də onun şəxsi nəzarəti altında həyata keçirilir.
İddialara əsasən, seçki siyahısında əsas yerlər Anna Hakobyanın yaxın çevrəsinə-onun rəfiqələrinə, "vətəndaşları"na və keçmiş əməkdaşlarına verilib. Sözügedən şəxslərin əksəriyyəti geniş ictimaiyyət üçün tanınmayan, lakin baş nazirin xanımına şəxsi sədaqəti ilə seçilən qadınlardır.
Bu vəziyyət "Vətəndaş müqaviləsi" Partiyasının daxilində ciddi narazılıqla qarşılanıb. Partiya üzvləri arasında Anna Hakobyana münasibətin onsuz da gərgin olduğu, yeni siyahının isə narazılığı daha da artırdığı bildirilir. Mənbələr qeyd edir ki, partiya daxilində parlamentə "botoks və dolğun dodaqlarla tanınan" şəxslərin düşəcəyi ilə bağlı istehzalı və tənqidi fikirlər səsləndirilir.
Namizədlərin adları hələlik rəsmi şəkildə açıqlanmasa da, əldə edilən məlumata görə, Anna Hakobyanın keçmiş köməkçisi Ester Saakyan artıq namizədliyini irəli sürüb. O, 2024-cü ildən etibarən Ermənistan baş nazirinin protokol məsələləri üzrə məsul şəxs kimi fəaliyyət göstərir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31