Putinlə dialoqun bərpası Avropa üçün faydalı ola bilər - Makron
10:56 DünyaRusiya prezidenti Vladimir Putinlə dialoqun bərpası Avropa üçün faydalı ola bilər.
Olaylar.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Fransa prezidenti Emmanuel Makron bildirib.
Fransa lideri bu fikri Avropa İttifaqı ölkələrinin Ukraynaya 90 milyard avro məbləğində maliyyə vəsaiti ayırmaq barədə razılığa gəlməsindən sonra səsləndirib.
O qeyd edib ki, yaxın həftələrdə Avropa dövlətləri Rusiya ilə tammiqyaslı dialoqun yenidən başlanması üçün uyğun yollar və formatlar tapmalıdır.
Makron vurğulayıb ki, bu cür təmaslar təşkilatlanmış şəkildə, Aİ ölkələri arasında koordinasiyalı və tam şəffaflıq şəraitində aparılmalıdır. O qeyd edib ki, dialoqun bərpası həm Fransanın, həm də digər Avropa dövlətlərinin maraqlarına cavab verir.
Qeyd edək ki, iyul ayında Vladimir Putin və Emmanuel Makron üç ildən sonra ilk dəfə telefon danışığı aparıblar. Söhbət zamanı liderlər Ukrayna ətrafındakı vəziyyəti, İranla İsrail arasında gərginliyin artmasını, eləcə də ABŞ-nin İranın nüvə obyektlərinə endirdiyi zərbələri müzakirə ediblər və Yaxın Şərq üzrə mövqelərin əlaqələndirilməsi məqsədilə təmasları davam etdirmək barədə razılığa gəliblər.