Sərbəst buraxılan Danladan ilk açıqlama: "Elə bil evlərində qonaq etdilər"

Narkotiklərlə bağlı aparılan istintaq çərçivəsində saxlanılan sosial media fenomeni Danla Biliç prosedurlar başa çatdıqdan sonra azadlığa buraxılıb. 

Olaylar.az xəbər verir ki, o, sərbəst qalmasının ardından sosial media hesabında paylaşım edərək baş verənlərlə bağlı açıqlama verib.

Biliç paylaşımında bildirib ki, dövlət qurumları tərəfindən testlər tələb olunub və onlar buna dərhal razılıq veriblər:

"Dövlət test tələb etdi, əlbəttə ki, verdik. Jandarmanın bizi saxladığınımı, yoxsa evlərində qonaq etdiyini mi başa düşmədik. Çox mehriban idilər. Hamınıza təşəkkür edirəm, komandirlərim" .

İstintaq zamanı aktrisa İrem Sak, müğənni Aleyna Tilki, eləcə də Mümine Senna Yıldız saxlanılıb. Onlardan Məhkəmə Tibbi Ekspertizası İnstitutunda saç və qan nümunələri götürülüb və prosedurlardan sonra hamısı sərbəst buraxılıb.

Digər tərəfdən, Şeyma Subaşı, Şevval Şahin və Mert Vidinli barəsində həbs qərarı çıxarılıb. Yusuf Güney, Cihan Şensözlü və Melisa Döngel isə ünvanlarında tapılmayıblar.

Məlumata görə, Məhkəmə Tibbi Ekspertizası İnstitutunda nümunələri götürülən şəxslər bütün prosedurlar tamamlandıqdan sonra azadlığa buraxılıblar. İstintaq isə davam edir. (Milli.az)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31