3 ölkə Kiyevə yardım etməkdən imtina etdi
10:32 Dünya"Macarıstan, Çexiya və Slovakiya 2026-2027-ci illər üçün Ukraynaya ayrılan 90 milyard avroluq sıfır faizli maliyyələşdirmədə iştirak etməkdən qanuni olaraq imtina ediblər".
Olaylar.az xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.
"Avropa İttifaqının (Aİ) Ukrayna üzrə sammitinin yekun bəyanatı yayılıb. Burada qeyd olunur ki, Ukraynaya Aİ büdcəsi ilə təmin edilən maliyyə bazarlarından borclanmaya əsaslanan sıfır faizli kredit verilməsi qərarı var. Lakin üç ölkə bəyanatı imzalamaqdan imtina ediblər. Sənədin sonuncu abzasında deyilir ki, Ukrayna ilə bağlı sammitin bəyanatını 27 ölkədən 25-i qəti şəkildə dəstəkləyib", - deyə bildirilib. (Globalinfo)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31