KTMT üç keçmiş sovet ölkəsinə xəbərdarlıq etdi

Baltik dənizində baş verə biləcək istənilən hadisəciddi hərbi-siyasi böhrana səbəb ola bilər.

Olaylar.az Teleqraf-a istinadən xəbər verir ki, bu barədə KTMT baş katibi İmanqali Tasmaqambetov deyib.

O, Baltikyanı regionda (Latviya, Litva və Estoniya) münaqişə təhlükəsinin və bölgədə KTMT təlimlərinin keçirilməsi ehtimalının qiymətləndirilməsi ilə bağlı sorğuya cavab olaraq qeyd edib ki, qurum yerdəki vəziyyəti izləyir:

"Əlbəttə, müəyyən narahatlıqlar mövcuddur. Amma Baltikyanı regionda baş verə biləcək istənilən bir hadisənin ciddi beynəlxalq hərbi-siyasi böhrana səbəb ola biləcəyini nəzərə alaraq, NATO rəhbərliyinin ehtiyatlı davranacağına inanırıq".

Təlimlərə gəlincə, Tasmaqambetov vurğulayıb ki, KTMT 2026-2027-ci illərdə Belarusda üç hərbi təlim planlaşdırıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31