Ukrayna texnologiyası qarşılığında Polşa köhnə MiQ-29 təyyarələrini verəcək – ÖZƏL

Polşa köhnəlmiş MiQ-29 qırıcılarını Ukraynaya verməyə hazırdır. Bunun qarşılığında isə Kiyevdən raket və dronların yaradılması üzrə texnologiyalar almağı planlaşdırır. 

Olaylar.az xəbər verir ki, bu barədə Polşa Ordusunun Baş Qərargahının kommünikesində deyilir.

Sənəddə qeyd olunur ki, "MiQ-29 təyyarələrinin təhvil verilməsi mövzusunda Ukrayna tərəfi ilə danışıqlar davam edir". Eyni zamanda, təyyarələrin verilməsi müqabilində Polşaya Ukrayna tərəfindən seçilmiş raket texnologiyalarının və dronların yaradılması texnologiyasının verilməsi barədə də danışıqlar aparılır.

Polşa Baş Qərargahı bildirir ki, Polşa Hərbi-Hava Qüvvələrinin MiQ-29 qırıcıları artıq öz resurslarını tükədiblər və "onların daha da modernləşdirilməsi perspektivləri yoxdur".
Hərbi-Hava donanmasından çıxarılan MiQ-29-ların vəzifələrini artıq F-16 təyyarələri və (Cənubi Koreyadan alınmış yüngül qırıcılar) FA-50 təyyarələri yerinə yetirəcək.
Ukraynaya veriləcək MiQ-29-ların sayı açıqlanmır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31